EN

Kiyevdə atışma - Silahlı zərərsizləşdirildi

Kiyevdə insanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında məlumat verib.

"Kiyevdə atıcı həbs olunarkən zərərsizləşdirilib. Xüsusi təyinatlılar hücumçunun olduğu mağazaya basqın ediblər", - deyə o yazıb.

Klimenko hücum edən şəxsin həbs zamanı insanları girov götürdüyünü, polis əməkdaşlarına atəş açdığını və onunla danışıqların nəticəsiz qaldığını bildirib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
3
olaylar.az

4Sources