EN

Aktrisa 7-ci dəfə əməliyyat olundu -Ağlayaraq paylaşım etdi


Bu yaxınlarda 7-ci əməliyyatını keçirən məşhur türk aktrisası Aslı Bekiroğlu sosial media hesabında hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

Medicina.az xəbər verir ki, son iki ildə yeddi dəfə bıçaq altına girən aktrisa Aslı Bekiroğlu səhhətindəki problemlərə görə xəbərlərdə yer almağa davam edir.

Mioma əməliyyatı keçirdiyini deyən Bekiroğlu, əməliyyatın çətin keçdiyini və bu çətin prosesin həkim səhvi üzündən baş verdiyini izah etdi: "Uşaqlığımdan mioma çıxarmağa getdim. Miomaları çıxararkən, bağırsağımı təxminən 7 santimetr kəsdilər. Bir həftə sonra bağırsağımı kəsdikləri üçün başqa bir əməliyyat keçirdim".

Yeddinci əməliyyatını keçirən Aslı Bekiroğlu sosial media hesabında səhhəti ilə bağlı paylaşım edib. Aktrisa vəziyyətini izah edərkən göz yaşlarına boğulub:

"Bu gün xəstəxanadan çıxacağımı düşünürdüm, amma bacarmayacağam. Hətta həkimlər də nə edəcəklərini bilmirlər".



Aygün
Medicina.az


Chosen
41
1
medicina.az

2Sources