EN

Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik

BAKI, 18 aprel. TELEQRAF

“Elvin Cəfərquliyevi bağışıamaq olarmı? Hələ ki bilmirəm. Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik. Tək onu yox, oyunçu olarkən biz də çox cərimələnmişik, cəzalnmışıq, amma bunlardan dərs almışıq. Bəzən futbolçular ağır yükü anlaya bilmir. Məğlubiyyəti necə qəbul edir, yaşam tərzi necədir və s. Qarşıya baxacağıq. Bu kimi çox bağışladığımız olub”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Rəqibi təbrik edirəm. Çox yaxşı ab-hava vardı. Daha yaxşı oynaya bilərdik, təəssüf ki, bacarmadıq. “Sabah” layiqli qələbə qazandı. Komandanın nizam-intizamını geri qaytarmalıyıq. Son dövrlər bu baxımdan çatışmazlıqlar vardı. Qaydasına qoymağa çalışırıq.
Səbəbini demək istəmirəm. Komanda yorulursa onu yenidən toplamalıyıq Sanki birgə məşq etməyə ehtiyacımız vardı. Bu, bəhanə deyil. İllərdir, biz bu cür bu yerlərə gəlirik. Sadəcə bu gün “Sabah” daha yaxşıdır, hazırdır. Kollektivdə yorğunluq var. Bir məşqçi olaraq, bunu normal qəbulmedərək qarşıya baxır və bunları aradan qaldırmağa çalışırıq.

Sami Mma, Elvin Cəfərquliyev və Abbas Hüseynovun əvəzedici heyətə göndərilməsinin səbəbin

Chosen
27
teleqraf.com

1Sources