ain.az bildirir, Bizimyol portalına istinadən.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Abdullah Xaybullayev vurub.
Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.
Günün ilk görüşündə Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.(azərtac)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.