EN

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.

Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

Chosen
18
16
bizim.media

10Sources