EN

Dənizdə yeni qarşıdurma: ABŞ İrana qarşı əməliyyata hazırlaşır

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir və İranla əlaqələndirilən neft tanker və ticarət gəmilərinə qarşı beynəlxalq sularda əməliyyatlara hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, yaxın günlərdə ABŞ hərbçiləri İranla bağlı olduğu bildirilən tankerlərə qalxaraq onları nəzarətə götürmək variantını nəzərdən keçirir. Bu addım Vaşinqtonun dəniz əməliyyatlarını genişləndirməsi kimi qiymətləndirilir.

Məlumata əsasən, bu hazırlıq İran hərbi qüvvələrinin Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirməsi fonunda baş verir.

Bildirilir ki, son günlər bölgədə bir neçə ticarət gəmisinə hücum edildiyi iddia olunur və bu da beynəlxalq gəmiçilikdə narahatlığı artırıb.

Qeyd olunur ki, ABŞ donanması artıq bəzi şübhəli gəmilərlə bağlı “yoxlama və müdaxilə” mexanizmlərini aktivləşdirib və bu istiqamətdə əməliyyatların genişlənməsi istisna edilmir.

Musavat.com

Chosen
30
33
musavat.com

10Sources