EN

Cəzalılar - Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov klub akademiyasının aşağı yaş komandalarının oyunlarını izləyiblər.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar "Sərhədçi" idman kompleksinə yollanaraq, aşağı yaş qruplarının oyununa tribunadan baxıblar.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarına görə, ötən gün əvəzedici heyətə göndərilmişdilər. Onların yoxluğu bu gün Misli Premyer Liqasının 28-ci turunda özünü büruzə verib. "Köhlən atlar" öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.

Chosen
19
3
moderator.az

4Sources