EN

Ceyhun Bayramov Yəmənin Baş naziri Şaya Mohsin Zindani ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının baş naziri, xarici işlər və xaricdə yaşayan yəmənlilər naziri Şaya Mohsin Zindani ilə görüşüb.

APA xəbər verir ki bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Yəmən arasında siyasi dialoqun cari vəziyyətini müzakirə edərək, diplomatik təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək məsələləri diqqətə çatdırılıb, tərəflər BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatının növbəti il ölkəmizdə təşkil ediləcək sammitinin əməkdaşlığın daha da genişlənməsi üçün vacib platforma olduğu vurğulanıb. Bununla yanaşı, bu il təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumunun həmçinin Azərbaycanın şəhərsalma sahəsində təcrübəsi barədə məlumat verilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Regional təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb, İran ətrafında vəziyyətin sabitləşməsinin və deeskalasiyanın vacibliyi qeyd olunub. Yəməndə mövcud humanitar vəziyyət və sabitliyin bərpası istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Ceyhun Ceyhun
Chosen
59
4
apa.az

5Sources