EN

İspaniya Kuboku: “Real Sosyedad” finalda “Atletiko”nu məğlub etdi VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniya Kubokunun 2025/2026 mövsümünün final oyunu başa çatıb. Seviyadakı “Olimpiko de Sevilya -La Kartuxa” stadionunda keçirilən həlledici matçda Madrid “Atletiko”su və “Real Sosyedad” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı artıq 15-ci saniyədə “Real Sosyedad”ın hücumçusu Ander Barreneçea açıb. “Atletiko”nun yarımmüdafiəçisi Ademola Lukman 19-cu dəqiqədə tarazlığı bərpa edib. Birinci hissənin sonuna əlavə olunmuş vaxtda (45+1) Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək San-Sebastyan təmsilçisini yenidən önə keçirib. Madrid klubunun hücumçusu Xulian Alvares isə 83-cü dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edərək oyunu əlavə vaxta daşıyıb. Qalan dəqiqələrdə qol vurulmadığı üçün qalib 11 metrlik zərbələrlə müəyyənləşib.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn “Real Sosyedad” kuboku başı üzərinə qaldırıb.

Xatırladaq ki, finala gedən yolda “Atletiko” iki oyunun nəticəsinə görə “Barselona”nı (4:0, 0:3), “Real Sosyedad” isə Bilbaonun “Atletik” klubunu (1:0, 1:0) mübarizədən kənarlaşdırmışdı.

Bu uğur “Real Sosyedad”ın tarixində qazandığı dördüncü İspaniya Kuboku olub. Ötən il turnirin qalibi finalda “Real”ı 3:2 hesabı ilə məğlub edən “Barselona” olmuşdu.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
icma.az

1Sources