Ukrayna ordusu Rusiyanın neft emalı sənayesinə aid dörd mühüm obyektə zərbə endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücumun hədəfləri Rusiyanın Samara vilayətindəki “Novokuybışevsk” və “Sizran” neft emalı zavodları, Leninqrad vilayətində “Lukoil-2” neft yükləmə terminalı və Krasnodar diyarında “Tixoretsk” neft nasos stansiyası olub.
Ukrayna tərəfi bildirib ki, bu obyektlər Rusiya Silahlı Qüvvələrinin təminatında mühüm rol oynayırlar.