AZ

Ukrayna ordusu Rusiyanın dörd neft emalı obyektinə zərbə endirib -VİDEO

Ukrayna ordusu Rusiyanın neft emalı sənayesinə aid dörd mühüm obyektə zərbə endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumata görə, hücumun hədəfləri Rusiyanın Samara vilayətindəki “Novokuybışevsk” və “Sizran” neft emalı zavodları, Leninqrad vilayətində “Lukoil-2” neft yükləmə terminalı və Krasnodar diyarında “Tixoretsk” neft nasos stansiyası olub.

 

Ukrayna tərəfi bildirib ki, bu obyektlər Rusiya Silahlı Qüvvələrinin təminatında mühüm rol oynayırlar.



Seçilən
5
13
senzor.az

10Mənbələr