EN

Cey Di Vens Papaya təşəkkür edib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Papa XIV Leoya təşəkkür edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Vens bildirib ki, pontifikin son bəyanatlarının ABŞ prezidenti ilə yeni mübahisəyə başlamaq cəhdi kimi təqdim olunmasından təəssüfləndiyini dilə gətirməsi müsbət addımdır.

Onun sözlərinə görə, mediada tez-tez fikir ayrılıqları qabardılsa da, reallıq daha mürəkkəbdir.

“Danışıqlarına görə Papa Leoya minnətdaram. Media daim mübahisələri qızışdırsa da, reallıq çox vaxt daha mürəkkəbdir. Papa Leo Müjdəni təbliğ etməlidir və bu, qaçılmaz olaraq günün mənəvi məsələləri ilə bağlı fikirlərini bildirməsi deməkdir. Prezident və bütün administrasiya bu mənəvi prinsipləri xaotik dünyamıza tətbiq etmək üçün çalışır. O, bizim dualarımızda olacaq və ümid edirəm ki, biz də onun dualarında olacağıq”, – deyə Vens qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Papa XIV Leo Kamerunda çıxışı zamanı “dünyanı talan edən bir ovuc tiran” ifadəsini işlədərək qlobal siyasətdə sərt tənqidi mövqe nümayiş etdirmişdi. O, son həftələrdə ABŞ və İsrailin Yaxın Şərq siyasətini də açıq şəkildə tənqid edib.

Pontifik xüsusilə ABŞ Pezidenti Donald Trump tərəfindən səsləndirilən “İranda sivilizasiyanı məhv etmək” təhdidini qəbuledilməz adlandırıb. Bundan əlavə, ABŞ müdafiə naziri tərəfindən Amerika əsgərlərinin “İsa Məsihin adı ilə” qələbə üçün dua etməsinə dair çağırışına da etiraz edib.

Papa XIV Leonun sözlərinə görə, hökmranlıq və güc nümayiş etdirmək istəyi “İsa Məsihin yoluna yaddır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
yeniavaz.com

2Sources