Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 10:04-də (Bakı vaxtı ilə saat 11:04 -red.) qeydə alınıb. Zəlzələnin episentri yerin 7.52 km dərinliyində olub. İtki və dağıntı barədə məlumat verilməyib.