EN

Olimpiya çempionumuz bürünc medal görüşünə buraxılmadı

ain.az, Qol.az saytına istinadən bildirir.

Olimpiya çempionumuz bürünc medal görüşünə buraxılmadı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

QOL.az xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu yarımfinalda Simeon Katarinaya (Niderland) uduzduğu görüşdə qadağan edilmiş fənd işlədib.

O, birbaşa hansoku-make aldığı üçün növbəti görüşünə qadağa qoyulub.

Qeyd edək ki. bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
qol.az

4Sources