EN

ABŞ Rus neftinə qarşı sanksiyaları yenidən tətbiq edəcək

BAKI, 19 aprel. TELEQRAF

ABŞ Energetika Nazirliyi Rusiya neftinə qarşı sanksiyaların müəyyən müddətdən sonra yenidən qüvvəyə minəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kris Rayt CNN telekanalına müsahibəsində bildirib.

Məlumata görə, Rayt qeyd edib ki, Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziya və onun müddətinin uzadılması müvəqqəti xarakter daşıyıb. Onun sözlərinə görə, bu addım enerji daşıyıcılarının qiymətlərini sabit saxlamaq məqsədi daşıyırdı.

Nazir vurğulayıb ki, hazırda Rusiya neftinin əsas hissəsi Çinə yönəlir, lakin müvəqqəti qərarlar çərçivəsində onun digər Asiya ölkələrinə də tədarükünə icazə verilib. Bu isə Asiya və Avropada enerji qiymətlərinin aşağı salınmasına xidmət edib.

Rayt əlavə edib ki, bu tədbirlərə ehtiyac aradan qalxdıqdan sonra Rusiya neftinə qarşı sanksiyalar yenidən tətbiq olunacaq.

Chosen
19
1
teleqraf.com

2Sources