İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsasının olmadığını bildirib.
Ölkə.az bu barədə İSNA agentliyinə istinadən xəbər verir.
"Tramp deyir ki, İran öz nüvə hüquqlarından istifadə etməməlidir, lakin onun təqsirinin nə olduğuna cavab vermir. O kimdir ki, xalqı qanuni hüquqlarından məhrum etsin?", - deyə M.Pezeşkian bildirib.
Onun sözlərinə görə, Tehran vəziyyəti elə idarə etməlidir ki, "biz müharibə alovlandırırıq" təəssüratı yaranmasın, əksinə, müdafiə olunuruq.(oxu.az)