EN

Kanalizasiya xətlərini təmir etdilər, asfalt qatının bərpası saxladılarVİDEO

Uzun müddətdir ki, təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.

Görüntülər Gəncənin Gülüstan qəsəbəsi Tofiq Bağırov küçəsindəndir.

Yoldan müntəzəm istifadə etmək məcburiyyətində olan sürücülər isə vəziyyətlə bağlı daha çox narahatlıq keçirirlər. Xüsusən də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olanlar.

Məsələ ilə əlaqədar Gəncə İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yol əsaslı şəkildə asflatlanaraq təmir edilib. Müəyyən yerlərdə aparılmış qazıntı işlərini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirdiyindən asfalt örtüyünün bərpası öhdəliyi də onların üzərinə düşür. Bu qurumdan isə bildirildi ki, görülən işlərdən sonra həmin ünvanlardakı kiçik kvadratlı ərazilərin əvvəlki vəziyyətinə qaytarılması təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
20
6
xezerxeber.az

7Sources