Biləsuvar rayonunda kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü İbadov Riyad Xəlil oğlunun cansız bədəni yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə bu gün səhər saatlarında tapılıb.
Qeyd edək ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərən R.İbadov təxminən iki ay əvvəl ordudan tərxis olunubmuş
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"