EN

ABŞ-də atışma nəticəsində azı səkkiz uşaq ölüb

BAKI, 19 aprel. TELEQRAF

ABŞ-nin Luiziana ştatında baş verən atışma nəticəsində azı səkkiz uşaq həyatını itirib, daha iki nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Şrivport şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həyatını itirən uşaqların yaşı 1-dən 14-ə qədər dəyişir.

Polisin məlumatına əsasən, hadisəni törədən şəxs saxlanılarkən zərərsizləşdirilib. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Chosen
17
1
teleqraf.com

10Sources