EN

ABŞ-da dəhşət

ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən atışma nəticəsində səkkiz uşaq həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "PBS News" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məişət münaqişəsi zəminində baş verən hadisə zamanı ən azı 10 nəfər güllə yarası alıb. Polis rəisi Ueyn Smit ölənlərin sayının səkkiz olduğunu və onların yaşlarının 1 ilə 14 arasında dəyişdiyini bildirib.

Məlumatda qeyd olunub ki, atəş açmaqda şübhəli bilinən şəxs avtomobil qaçıraraq cinayət yerindən uzaqlaşmağa çalışıb və təqib zamanı polislər tərəfindən güllələnərək öldürülüb. Smit əlavə edib ki, Şrivport polisi əməkdaşlarının odlu silahdan istifadə etməsi ilə bağlı araşdırmanı ştat polisi aparacaq.

Chosen
32
publika.az

1Sources