Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş.
Milli.Az xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhəri çıxarmaq) imiş.
Bu, bəlkə də ən geniş yayılmış və ən təhlükəli mifdir. Zəhəri ağızla sovurmaq həm kömək edən şəxsə zərər verə bilər (ağızdakı kiçik yaralardan zəhər qana keçir), həm də yaraya ağızdakı bakteriyaların yoluxmasına səbəb olur. Üstəlik, zəhər saniyələr içində toxumalara yayıldığı üçün onu geri sovurmaq praktik olaraq qeyri-mümkündür.
Yaranı kəsmək və ya cızmaq
Yaraya bıçaqla müdaxilə etmək infeksiya riskini artırır, qanamanı idarəolunmaz hala gətirir və toxumaların daha çox zədələnməsinə səbəb olur.
Sıx bağlamaq
Əvvəllər zəhərin yayılmaması üçün tövsiyə edilən bu üsul əslində zəhəri bir nöqtədə cəmləşdirir və həmin bölgədəki toxumaların tamamilə ölməsinə (qanqrenaya) gətirib çıxarır.
Buz qoymaq və ya spirtli içki içmək
Buz qoymaq qan dövranını pozaraq toxuma zədəsini dərinləşdirir. Spirt isə damarları genişləndirərək zəhərin bədənə daha sürətlə yayılmasına şərait yaradır.
Bəs, DOĞRU ilk yardım necə olmalıdır?
İlan sancması zamanı hər saniyə qızıldır. Sakit qalmaq ən mühüm şərtdir.
Zərərçəkəni hərəkətsiz saxlayın: Nə qədər çox hərəkət edilərsə, ürək bir o qədər sürətlə döyünür və zəhər qana daha tez yayılır.
Yaranı ürək səviyyəsindən aşağıda saxlayın: Bu, zəhərin ürəyə və mərkəzi sinir sisteminə çatmasını ləngidir.
Sıxıcı əşyaları çıxarın: Şişkinlik ehtimalına qarşı üzük, qolbaq və ya sıx paltarları dərhal çıxarın.
Yaranı təmiz saxlayın: Yaranı sadəcə təmiz su ilə yuyub, üzərinə təmiz bir sarğı qoyun (lakin sıxmayın).
İlanın şəklini çəkməyə çalışın (Təhlükəsiz məsafədən): İlanı tutmağa çalışmayın. İlanın rəngini və ya formasını bilmək həkimlərə düzgün zərdabı (antizəhər) seçməkdə kömək edəcək.
Təcili yardıma müraciət edin: Heç bir xalq təbabəti üsuluna vaxt itirmədən ən yaxın xəstəxanaya çatmaq yeganə real həlldir.
Müasir tibdə ilan sancmasının yeganə müalicəsi xəstəxanada tətbiq edilən zərdablardır.Lalə Qüdrətova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.