EN

İsi Mustafayev “Azərpoçt”dan ayrılıb

Azərpoçt MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev vəzifəsindən ayrılıb. Bu barədə report məlumat yayıb. 

Məlumata görə, o, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Mustafayev 2000-ci ildən etibarən müxtəlif şirkət və banklarda iqtisadçı və rəhbər vəzifələrdə çalışıb. O, 2021–2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini olub, eyni zamanda qurumun İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

 

Chosen
18
anews.az

1Sources