Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Qala-Şüvəlan yolunda qeydə alınıb. Cəmil Nurulla oğlu Behbudov idarə etdiyi "Mersedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən yolun qarşı tərəfindən gələn Vüqar İlqar oğlu Əşrəfzadənin idarə etdiyi motosikletlə toqquşub. Hadisə nəticəsində V.Əşrəfzadə aldığı xəsarətlərdən ölüb. Fakt üzrə cinayət işi başlanılıb.