EN

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanıldı


AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.

Yeniavaz.com xəbər verir ki, süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU” çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Chosen
4
19
yeniavaz.com

10Sources