EN

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üzrə məlumat sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində 16-19 iyun tarixlərində Bakıdakeçiriləcək İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarınahazırlıq məqsədilə məlumat sessiyası təşkil edilib.

Trendnazirliyə istinadən xəbər verir ki, tədbirdə İslam İnkişaf BankıQrupuna üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinintəmsilçiləri iştirak edib.

İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov və Xarici İşlərNazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin müşaviri Sabir Rzayevİllik Toplantıların strukturu, iştirak qaydaları, qeydiyyatprosedurları ilə bağlı məlumat veriblər. Bildirilib ki, builkitoplantılar “Davamlı rifah üçün regional inteqrasiya” mövzusunahəsr olunub. Qeyd edilib ki, mövzu artan regional və qlobaləməkdaşlıq çağırışlarını əks etdirir, Azərbaycanın regionalbağlantılar və əməkdaşlıq platformalarında oynadığı strateji roluvurğulayır.

Azərbaycanın 2010-cu ildən sonra ikinci dəfə bu nüfuzlu tədbirəev sahibliyi etməsinin əhəmiyyəti diqqətə çatdırılıb. 2026-cı ilİllik Toplantılarının üzv ölkələr arasında yeni tərəfdaşlıqimkanlarının genişləndirilməsi baxımından mühüm platforma olduğuqeyd olunub. Bildirilib ki, İllik Toplantılar çərçivəsindəsessiyalarla yanaşı, açılış mərasimi, Müdirlər Şurasının iclasları,özəl sektor forumu, gənclər forumu və digər tədbirlərin keçirilməsinəzərdə tutulub.

Tədbir iştirakçıları Azərbaycanın İslam İnkişaf Bankı Qrupu iləmövcud əməkdaşlığı və perspektiv layihələr barədəməlumatlandırılıb.

İslam
İslam
Chosen
11
7
az.trend.az

9Sources