EN

“Əgər biz Hörmüz boğazından keçə bilməsək, heç kim keçməyəcək”- Məhəmməd Bağır Qalibaf

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, əgər İran gəmiləri Hörmüz boğazından keçə bilməsə, digər ölkələrin də bu marşrutdan istifadə etməsinə imkan verilməyəcək.

İran Dövlət Televiziyasının məlumatına görə, Qalibaf boğazda baş verən son hadisələrə münasibət bildirərkən ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının davam etdiyini vurğulayıb. O qeyd edib ki, boğazda nəqliyyatın hərəkəti İranın nəzarəti ilə bağlıdır.

ABŞ-ın son qərarını “ehtiyatsız addım” kimi qiymətləndirən Qalibaf deyib: “Əgər biz Hörmüz boğazından keçə bilməsək, başqalarının da keçə biləcəyi bir yol yoxdur”.

Parlament sədri əlavə edib ki, ABŞ blokadanı aradan qaldırmasa, boğazda gəmi hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.

Qalibaf həmçinin İslamabadda ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqlara da toxunub. Onun sözlərinə görə, görüş zamanı ABŞ tərəfinə açıq xəbərdarlıq edilib: “Onlara bildirdim ki, mina yerləşdirən gəmiləriniz irəliləyərsə, mütləq atəş açacağıq. Onlar geri çəkilmək üçün 15 dəqiqə vaxt istədilər və bu vaxt verildi”.

Chosen
38
50
veteninfo.az

10Sources