AZ

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a etimad göstərmədiklərini bildirib.

Bizim.Media xəbər verir ki, o, ölkənin silahlı qüvvələrinin tam döyüş hazırlığında olduğunu və hərbi əməliyyatların istənilən an yenidən başlaya biləcəyini deyib.

Qalibafın sözlərinə görə, Tehran Vaşinqtona inanmır və buna görə də bütün qüvvələr mümkün təhlükəyə qarşı hazır vəziyyətdə saxlanılır.
 

“Biz düşmənə etibar etmirik. Hətta indi, biz burada oturduğumuz halda belə, müharibə başlaya bilər. Silahlı qüvvələr yerlərdə fəaliyyət göstərmək üçün tam hazır vəziyyətdədir”, - deyə o, bazar günü səhər İran dövlət televiziyası ilə yayımlanan çıxışında bildirib.


Qalibaf əlavə edib ki, İran ABŞ ilə daimi atəşkəsə nail olunması üçün danışıqlarda fəal iştirak etsə də, düşmən hər hansı səhvə yol verərsə, buna istənilən an cavab verməyə tam hazırdır.

Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr