EN

Sabiq prezidentdən qələbə

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bolqarıstanda sabiq prezident Rumen Radevin qurduğu İrəliləyən Bolqarıstan Koalisiyası ümumi seçkiləri böyük fərqlə birinci sırada başa vurub.

"Cebheinfo.az" xəbər verir ki, Bolqarıstan Dövlət Televiziyasının yaydığı qeyri-rəsmi nəticələrə görə, səslərin 90 faizdən çoxu sayılarkən, Radevin rəhbərlik etdiyi koalisiya səslərin 45 faizini toplayıb. O, 240 yerlik parlamentdə 135 mandat qazanıb.

Paytaxt Sofia şəhərində partiya qərargahında çıxış edən Rumen Radev bildirib: 

“Bu, sadəcə ilk addımdır. Bu, ümidin güvənsizliyə qarşı qələbəsidir, azadlığın qorxuya qarşı qələbəsidir. 

Gözləntilər böyükdür, ümidlər böyükdür və bu, böyük məsuliyyət deməkdir. Yenidən seçkilərin keçirilməməsi üçün əlimizdən gələni edəcəyik”.

Radev, həmçinin “güclü Avropa daxilində güclü Bolqarıstanın olması” mesajını verib.

Paylaşılan məlumatlara görə, Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) səslərin 12%-ni, Davamlı Dəyişiklik Uğrunda Alyans – Demokratik Bolqarıstan (PP-DB) səslərin 12%-ni, Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat (MRF) səslərin 6%-ni və Vızrajdane (Diriliş) partiyası səslərin 4%-ni toplayıb. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
cebheinfo.az

2Sources