Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Misli Premyer Liqasında 28 tur geridə qalıb. Cari mövsüm daha bir hakim elitada oyuna çıxıb. Emin Əliyev "Karvan-Yevlax" - "Şamaxı" qarşılaşmasına təyinat alıb. Beləliklə, keçirilən 167 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 16 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Kamal Umudlu, İnqilab Məmmədov, Rauf Cabarov, Vüqar Həsənli və Emin Əliyev oyun idarə edib.
Fərid Hacıyev yenə təyinat almaması lider mövqeyində ikihakimiyyətliyə şərait yaradıb. Nəticədə FİFA referisi Kamal Umudlu zirvəyə yüksəlib. Həm Hacıyev, həm də Umudlu 28 turdan 15-də iş başında olub. Liderləri də 2 referi - hesabında 14 oyun olan Rauf Cabarovla Tural Qurbanov təqib edir.
Bu turda 2 futbolçu qırmızı vərəqə alıb. Elçin Məsiyev "Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayevi "Qarabağ"la oyunda meydandan qovub. İnqilab Məmmədov isə "Zirə" ilə matçda Breno Almeydaya "qırmızı" göstərərək "Neftçi"ni azlıqda qoyub.
"Sarı"lara gəlincə, hakimlər 34 vərəqədən istifadə ediblər. Vərəqələrdən 16-sı meydan sahiblərinə, 18-si isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 311 sarı (12 qırmızı) - 342 sarı (9 qırmızı).
Beləliklə, 28 turun yekununda sarı vərəqə sayı 653-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 21 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 674-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,07, hər oyunda 4,04 vərəqə deməkdir.
İyirmi səkkiz tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 63 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir.
Kamal Umudlu - 15 oyun
meydan sahibi 29 3
qonaqlar 31 0
cəmi: 60 3
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 sarı 1 qırmızı
qonaqlar 15 0
cəmi: 48 1
Tural Qurbanov - 14 oyun
meydan sahibi 27 1
qonaqlar 28 0
cəmi: 55 1
Rauf Cabarov - 14 oyun
meydan sahibi 23 0
qonaqlar 28 1
cəmi: 51 1
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Elçin Məsiyev - 13 oyun
meydan sahibi 28 0
qonaqlar 28 3
cəmi: 56 3
İnqilab Məmmədov - 13 oyun
meydan sahibi 25 0
qonaqlar 30 1
cəmi: 55 1
Rəşad Əhmədov - 13 oyun
meydan sahibi 20 0
qonaqlar 35 1
cəmi: 55 1
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Kamranbəy Rəhimov - 12 oyun
meydan sahibi 16 0
qonaqlar 25 0
cəmi: 41 0
Rəvan Həmzəzadə - 11 oyun
meydan sahibi 21 0
qonaqlar 22 1
cəmi: 43 1
Əli Əliyev - 9 oyun
meydan sahibi 13 1
qonaqlar 18 0
cəmi: 31 1
Vüqar Həsənli - 5 oyun
meydan sahibi 8 0
qonaqlar 8 0
cəmi: 16 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.