Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda turnirdə Rusiya, Qazaxıstan və Pakistan yığmaları ilə qüvvəsini sınayacaq. Hazırlıq mərhələsi üçün millinin 26 nəfərlik geniş heyəti açıqlanıb. Qazaxıstan səfəri öncəsi isə 20 nəfərlik yekun heyət müəyyənləşəcək.

İlkin heyət: Qüdrət Qarayev (Kəpəz), Oqtay Mehrəliyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, Tunar Bayramov, Əhəd Hacızadə, Yusif Orucəliyev, Tunar Əsgərzadə (hamısı Qarabag), Vaqif Məmmədli, Nihad Hüseynzadə, Firdovsi Şeydayev, Ruslan Əbilov, Əbubəkir Abdullayev, Əkbər Əhmədov (hamısı Sabah), Nazim Əliyev (Srvena Zvezda, Serbiya), Şikar Şikar, Ruslan Quliyev (ikisi də Neftchi), Nicat Əhmədzadə, Rəsul Balakişiyev, Yusif Quliyev (hamısı Marcet, İspaniya), Ümid Əliyev (Hueska, İspaniya), Amin İmanverdiyev (Osense, İspaniya), Ömər Kosayev, Ülvi Abbaslı (Sumgayit).

Oyun cədvəli:

25 aprel 14:30. Rusiya – Azərbaycan

“Namıs” stadionu, BIIK İdman Kompleksi

27 aprel 14:30. Azərbaycan – Qazaxıstan

“Namıs” stadionu, BIIK İdman Kompleksi

30 aprel 09:30. Pakistan – Azərbaycan

“Namıs” stadionu, BIIK İdman Kompleksi