EN

Binəqədinin bu ərazisində işıq kəsilib: “Planlı təftiş işləri...”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanına elektrik enerjisi verilişi dayandırılıb.

Məhz sözügedən ünvanda işıq kəsintiləri artıq dəfələrlə təkrarlanıb.

Bəs hazırda baş verən kəsintinin səbəbi nədir?

Məsələ ilə bağlı “Cebheinfo.az” "Azəriqaz"ın mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, sözügedən ərazidə elektrik enerjisinin kəsilməsi planlı təftiş işləri ilə əlaqədardır:

“Hazırda transformator üzərində baxış və təmizləmə işləri aparılır. Bu cür texniki yoxlamalar vaxtaşırı həyata keçirilməlidir. İşlərin saat 12:00-dək yekunlaşdırılması və həmin vaxtdan sonra elektrik enerjisinin verilişinin bərpa olunması nəzərdə tutulur".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
1
cebheinfo.az

3Sources