Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk gündə 5 güləşçimiz tatamiyə çıxıb.

Onlardan ikisi artıq yarımfinala yüksəlib. İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) müvafiq olaraq Eksos Mukubu (Norveç) və Yello Krahmerə (Almaniya) qalib gələrək adlarını son 4-ə yazdırıb.

Sənan Süleymanov (77 kq), Ziya Babaşov (63 kq) və Rəşad Məmmədov (55 kq) isə 1/4 finalda məğlub olub.

Onlar məğlub olduqları rəqiblərinin finala yüksəlməklərini gözləyəcəklər. Bu baş verirsə, idmançılarımız bürünc medal qazanmaq şansına sahib olacaqlar.

Qeyd edək ki, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.

Turnir aprelin 26-na qədər davam edəcək.