EN

ABŞ vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ Bu iki ölkədən təxliyə BAŞLADI

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hökuməti müdafiə podratçısı V2X şirkətinə İraq və Küveytdə çalışan əməkdaşlarını təxliyə etməyi tövsiyə edib.Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.Məlumata görə, bu addım personalın İranmeyilli silahlı qruplaşmaların hücum hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqədardır.Bildirilir ki, ABŞ Dövlət Departamenti nümayəndələri mümkün hücumlar barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra məsələni şirkət rəhbərliyi qarşısında qaldırıblar. Həmin məlumatlarda ABŞ-la əlaqəli obyekt və əməkdaşlara qarşı hücumların hazırlandığı qeyd olunur.

 

Eyni zamanda, İraq və Küveytdəki hərbi bazalarda çalışan əməkdaşlar təhlükəsizliklə bağlı problemlərdən şikayət ediblər. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarının aktivliyi artıb və müdafiə tədbirləri kifayət deyil.

Qeyd olunur ki, mart ayında şirkətin əməkdaşlarından biri dron zərbəsi nəticəsində həlak olub.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
bizim.media

10Sources