EN

İraq Ceyhan vasitəsilə gündəlik neft ixracını 500 min barrelə çatdıracaq

BAKI, 20 aprel. TELEQRAF

İraq yaxın vaxtlarda Kərkükdən Ceyhan limanına nəql olunan neftin həcmini gündəlik 500 min barelə çatdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Martın ortalarında İraq Kərkük–Ceyhan marşrutu üzrə gündəlik nəql həcmini 250 min barelədək artırıb. Aprelin 6-da isə ölkə gündəlik təxminən 90 min barel nefti cənubdakı Bəsrə vilayətindən İraq Kürdüstanına yönəltməyə başlayıb. Bu neft daha sonra boru kəməri vasitəsilə Ceyhana ötürülür və nəticədə şimal quru marşrutu üzrə ümumi tədarük həcmi 340 min barelə çatdırılıb.

Qeyd edək ki, martda İraq neftinin ixracı təxminən 80% azalıb.

Chosen
28
teleqraf.com

1Sources