EN

İdxal edilən toyuq məhsullarında uyğunsuzluq aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4,9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.

Bildirilib ki, aşkarlanan uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Chosen
5
5
hafta.az

6Sources