EN

Polad Həşimov küçəsində evlər sökülür? - VİDEO

Bakının Xətai rayonu ərazisindəki Polad Həşimov küçəsində yerləşən evlərin söküləcəyi və sakinlərə kompensasiya veriləcəyi ilə bağlı iddialar yayılıb.

Qaziler.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Videoda üzərində ərazinin xəritəsi olan məlumat lövhəsi və yaxınlıqdakı tikinti texnikası yer alır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı bildirilib ki, yayılan məlumat dezinformasiyadır.

"Qeyd olunan ərazidə evlərin sökülməsi ilə bağlı hazırda hər hansı rəsmi məlumat mövcud deyil. Elə bir hal olarsa, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. Ərazidəki lövhə isə Zığ-Hövsan yeni tullantı su kollektorunun çəkilməsi istiqamətində işlərin görüldüyünü əks etdirir", - deyə məlumatda bildirilib.

https://ok.ru/video/13536841894646
Chosen
4
6
qaziler.az

7Sources