Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatıvasitələri ilə 602,5 milyon ABŞ dolları dəyərində 68,9 min ton yükdaşınıb.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 1,522 milyard ABŞ dolları və ya 3,5dəfə az, həcm ifadəsində isə 65,7 min ton və ya 21,6 dəfəçoxdur.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 183,7 milyonABŞ dolları dəyərində təqribən 66 min ton yük ixrac olunub ki, bu,əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 97,8 milyon ABŞ dolları və ya 2,1 dəfə çox, həcmifadəsində isə 65,7 min ton və ya 315,6 dəfə çoxdur.
Bu ilin yanvar-mart aylarında Azərbaycana hava nəqliyyatı ilə418,8 milyon ABŞ dolları dəyərində 2,918 min ton yük idxal olunubki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1,620 milyard ABŞ dolları və ya 4,9 dəfə , həcmifadəsində isə 65 ton və ya 2,2% azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandayük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dollarıdəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eynidövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları vəya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3%azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon tonyük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyonton və ya 6,4% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dollarıdəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyardABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21%azdır.