EN

Faktiki hava açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Aprelin 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar bəzi yerlərdə intensiv xarakterlidir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.

Chosen
5
24
hafta.az

10Sources