EN

“İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL

A seriyasında 32-ci turdan sonra çempionluq uğrunda mübarizədə onsuz da zəif olan intriqa heçə endi. Çempionlar Liqasına (ÇL) vəsiqə verən sonuncu - 4-cü yer uğrunda rəqabət isə yüksək olaraq qalır.

Aprelin 5-də evdə “Roma”nı 5:2 hesabıyla məğlub edən “İnter” bu dəfə “Komo” üzərində əzmkar qələbə qazandı - 4:2. Çempionatda 7 oyunluq məğlubiyyətsiz (5 qələbə, 2 heç-heçə) seriyası qırılan Fransesk Fabreqasın komandası “ÇL zonası”nı tərk edərək 5-ci yerə düşdü. “İnter” isə çempionluq yolunda daha bir addım atdı.

Kristian Kivunun komandası indi əsas izləyicisi “Napoli”ni 9 xal qabaqlayır. Ona görə ki, son çempion Parmada eyniadlı rəqibi ilə heç-heçəyə razılaşdı – 1:1. Cənubluların titulu əldən verəcəyi artıq real görünür.

“Milan”ın evdə “Udineze”yə 0:3 hesabıyla uduzması gözlənilməz oldu. Bu da var ki, Massimiliano Alleqrinin komandası son 4 oyunda 3-cü məğlubiyyətini aldı. Başqa sözlə, ölkə nəhəngi mövsümün həlledici dövründə böhrana düşüb. “Milan” 3-cü yerdə qalsa da, indi “Yuventus”u yalnız 3 xal qabaqlayır. Turinlilər çətin Berqamo səfərində “Atalanta”ya minimal hesabla qalib gələrək “ÇL zonası”na daxil oldular. ÇL-ə can atan “Atalanta” 7-ci yerdə qalarkən, “Piza”nı 3:0 hesabıyla məğlub edən “Roma” 6-cı yerdə möhkəmləndi. Görünən odu ki, 4-cü yer uğrunda mübarizədə gərginlik daha bir neçə tur hiss olunacaq.

32-ci tur
Roma – Piza 3:0

Malen, 3; 43; 52. (60075)
Roma: Svilar, Qilardi, Ndika, Ermoso, Çelik (Anxelinyo, 78), Rensx (Venturino, 85), Kristante, Pizilli, Sule (Əl-Aynaui, 65), Lorentso Pelleqrini (Əl-Şaaravi, 46), Malen (Vaz, 78).

Milan – Udineze 0:3
Bertezaqi, 27-öz qapısına. Ekkelenkamp, 37. Atta, 71. (74675)
Milan: Menyan, Atekame (Füllkruq, 46), Pavloviç, De Vinter, Bertezaqi, Modriç (Yaşari, 72), Riççi (Fofana, 60), Rabyo, Salemakers, Pulişiç (Nkunku, 72), Leao (Loftus-Çik, 77).

Atalanta – Yuventus 0:1
Boqa, 48.
Atalanta: Karnesekki, Kolaşinats (Ahanor, 72), Cimşiti, Skalvini, Bernaskoni, Ederson, De Roon (Paşaliç, 72), Zappakosta (Bellanova, 86), Zalevski (Raspadori, 55), De Ketelare, Krstoviç (Skamakka, 72).
Yuventus: Di Qreqorio, Kelli, Bremer, Kalulu, Kambyazo (Miretti, 79), Lokatelli, K.Türam (Koopmeyners, 71), Holm (Qatti, 71), Konseysao (Kostiç, 79), Yıldız (Devid, 58), Boqa.

Parma – Napoli 1:1
Strefetsa, 1 - Maktominey, 60. (23271)
Napoli: Milinkoviç-Saviç, Olivera, Juan Jezus (Beukema, 46), Buoncorno, Spinatsola, Lobotka, Zambo Angissa (Alisson, 56), Politano (Qutyerres, 74), Maktominey, De Bruyne (Elmas, 78), Höylunn (Jiovane, 66).

Bolonya – Leççe 2:0
Fröyler, 26. Orsolini, 90+2. (26141)
Bolonya: Pessina, Joao Mario (Zortea, 66), Kazale, Lukumi, Miranda, Fröyler, Moro (Odqor, 68), Orsolini, Zom (Pobeqa, 74), Kambyaqi (Rou, 74), Kastro (Bernardeski, 85).

Komo – İnter 3:4
Valye, 36. Pas, 45. Da Kunya, 88-p. - M.Türam, 45+2; 49. Dyumfris, 59; 72. (11970)
İnter: Zommer, Bastoni (Auqusto, 46), Açerbi, Akanci, Dimarko (Luis Enrike, 56), Dyumfris, Barella (Mxitaryan, 78), Zyelinski (Suçiç, 56), Çalhanoğlu, F.Espozito (Bonni, 64), M.Türam.

Cenoa – Sassuolo 2:1
Malinovski, 18. Ekuban, 84 - İ.Kone, 57. (30858)

Kalyari – Kremoneze 1:0
S.Espozito, 63. (16412)

Torino – Verona 2:1
Simeone, 6. Kazadey, 50 – Boui, 38. (6000)

Fiorentina – Latsio 1:0
Qosens, 28.

1. İnter 32 24 3 5 75-29 75
2. Napoli 32 20 6 6 48-31 66
3. Milan 32 18 9 5 47-27 63
4. Yuventus 32 17 9 6 55-29 60
5. Komo 32 16 10 6 56-26 58
6. Roma 32 18 3 11 45-28 57
7. Atalanta 32 14 11 7 44-28 53
8. Bolonya 32 14 6 12 42-37 48
9. Latsio 32 11 11 10 32-30 44
10. Udineze 32 12 7 13 38-42 43
11. Sassuolo 32 12 6 14 39-43 42
12. Torino 32 11 6 15 37-54 39
13. Cenoa 32 9 9 14 38-45 36
14. Parma 32 8 12 12 23-40 36
15. Fiorentina 32 8 11 13 37-44 35
16. Kalyari 32 8 9 15 33-44 33
17. Kremoneze 32 6 9 17 26-47 27
18. Leççe 32 7 6 19 21-45 27
19. Verona 32 3 9 20 23-55 18
20. Piza 32 2 12 18 23-58 18

Bombardirlər: L.Martines (İnter) - 16, Duvikas, Pas (hər ikisi “Komo”) - 11, Höylunn (Napoli), Devis (Udineze), Malen (Roma), M.Türam (İnter), Yıldız (Yuventus) - 10.

Turun rəqəmi
3 - “Milan” çoxdan idi öz meydanında böyük hesabla uduzmurdu. Ölkə nəhəngi A seriyasında üç il əvvəl “Sassuolo”ya 3 top fərqi ilə məğlub olmuşdu (2:5).

Turun ulduzu
Doniell Malen (Roma) - niderlandlı hücumçu “Piza” ilə oyunda şou göstərdi. Məhz onun het-triki “Roma”ya autsayder üzərində qələbə qazandırdı. Doniellin İtaliya klubuna yanvarda “Aston Villa”dan icarə əsasında keçdiyini və A seriyasında meydana çıxdığı 12 oyunda 10 qol vurduğunu da qeyd edək.

Turun sitatı
Massimiliano Alleqri, “Milan”ın baş məşqçisi:
“Mövsümün çətin dövrünü yaşayırıq. Son dörd oyundan üçündə uduzmuşuq, ikinci dövrənin dörd oyununda qol vura bilməmişik. İlk “dördlük”dəsənsə və belə uğursuz nəticələr göstərmisənsə, deməli, yaxşı oynamırsan. Fit futbolun ayrılmaz hissələrindəndi. Qalib gələndə sənə “afərin” deyirlər, uduzanda isə fitə layiq görülürsən. Bu gün azarkeşlərin fitinə layiq idik”.
Chosen
8
2
football-plus.az

3Sources