AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVIII turunda "Zirə"nin "Neftçi" ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.
Azreform.info -ın məlumatına görə, o, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.
Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.