EN

Qubada avtomobil ağaca çırpılıb

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
3
news365.az

4Sources