GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) hibrid təhdidlər və onların arxasında dayanan mümkün təsir mexanizmləri ilə bağlı narahatlığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə AŞPA-da Ermənsitanın nümayəndə heyətinin üzvü Hripsime Qriqoryan məlumat verib.
O bildirib ki, Rusiya Ermənistana qarşı yeni hibrid hücumlara başlayıb və bu cür hücumlar çərçivəsində maliyyələşdirmə, dezinformasiya kampaniyaları və səslərin satın alınması kimi vasitələrdən istifadə olunur.
Onun sözlərinə görə, bu proseslər çərçivəsində dezinformasiya kampaniyaları aparılır, eləcə də qanunsuz maliyyələşdirmə və səslərin satın alınması kimi hallara rast gəlinir. Qriqoryan bu cür fəaliyyətlərdə Rusiya faktoruna da işarə edib.
“Rusiya bizə qarşı hücuma hazırlaşır. Artıq dezinformasiya kampaniyaları aparılır, eləcə də qanunsuz maliyyələşdirmə və səslərin satın alınması kimi hallara rast gəlinir. Bu açıq aşkar ölkəmizə qarşı hibrid müharibəsinin başlanılması deməkdir”, – deyə o bildirib.
AŞPA üzvü vurğulayıb ki, mövcud çağırışlara baxmayaraq, ölkə hakimiyyəti demokratik kursu davam etdirmək niyyətindədir. Bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinin vacibliyi qeyd olunub.
O əlavə edib ki, seçki prosesinin şəffaf və ədalətli keçirilməsi üçün həm milli, həm də beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyət böyük əhəmiyyət daşıyır.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.