EN

Əraqçi Lavrova ABŞ nin atəşkəs rejimini pozmasından danışdı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Lavrovu ABŞ-nin atəşkəsi pozması barədə məlumatlandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı İranın xarici işlər naziri rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ-nin davam edən atəşkəsi pozması barədə məlumatlandırıb. ABŞ-nin qanunsuz davranışı və liderlərinin ziddiyyətli mövqeləri diplomatiyanın tələblərinə uyğun deyil və İran qarşı tərəfin davranışını müşahidə edərək öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün müvafiq qərar qəbul edəcək”, - bəyanatda bildirilir.

İran XİN qeyd edib ki, regionda sülhün və sabitliyin bərpası üçün Tehran və Moskva arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
154
50
yeniavaz.com

10Sources