AZ

Əraqçi ABŞ İsrail hücumlarına qarşı Avropanı tənqid etdi

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa ölkələrinin İranın dinc nüvə obyektlərinə hücumlarla bağlı susqunluğu qəbuledilməzdir.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Avropa ölkələrini ABŞ və İsrailin İrana qarşı qanunsuz hərbi hücumlarına qarşı səssiz qalmalarına görə tənqid edərək, bu hərəkətsizliyin beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini sarsıtdığını bildirib.

Əraqçi ABŞ və sionist rejimin son hücumlar zamanı həyata keçirdiyi hərəkətləri qeyd edərək, bütün ölkələrin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn bu cür açıq şəkildə pozulmasını pisləmək məsuliyyəti daşıdığını vurğulayıb. 

Nazir həmçinin bildirib ki, vəziyyətin qlobal iqtisadi nəticələrinə görə məsuliyyət təcavüzkarların üzərindədir.

Gülşən Şərif 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
136
50
bakivaxti.az

10Mənbələr