EN

Ağdama qayıdan sakin: Bu gün ən böyük arzuma çatdım

BAKI, 21 aprel. TELEQRAF

"Bu gün arzuma çatdım. Böyük həvəslə vətənə qayıdırıq. Övladlarım, nəvələrimlə birgə... Qalan ömrümü Ağdamda yaşayacağam. Bu, böyük xoşbəxtlikdir”,

Teleqraf xəbər verir ki, bunu Ağdam sakini Bənövşə İmanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdamdan çıxanda 34 yaşı olub və o vaxtdan doğulub böyüdüyü şəhərə qayıtmaq arzusu ilə yaşayıb.

Bənövşə İmanova Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə can sağlığı arzulayıb.

Chosen
95
teleqraf.com

1Sources