Çexiya Avropa İttifaqının yeni maliyyə mexanizmlərini və dotasiyaların azaldılmasını dəstəkləmir.
APA xəbər verir ki, bu barədə Baş nazir Andrey Babiş bildirib.
Onun sözlərinə görə, 2028-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan yeddiillik büdcə layihəsi ölkə üçün maliyyənin təxminən 20% azalmasına gətirib çıxara bilər.
Babiş qeyd edib ki, bu azalma ölkənin rifah səviyyəsinin artması ilə izah olunur, lakin Praqa bu yanaşma ilə razı deyil.
O əlavə edib ki, səhiyyə kimi sahələr ayrıca maliyyələşmə tələb edir. Aİ-nin uzunmüddətli büdcəsinin ilin sonunadək razılaşdırılması planlaşdırılır.