Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 19-u saat 21:35 radələrində Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.
Məlumata görə, “Mersedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.
Piyada hadisə yerində ölüb.