Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 19-u saat 21:35 radələrində Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.
Nəticədə piyada hadisə yerində həyatını itirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.