EN

Keçid ballarında ciddi azalma qaçılmaz olacaq AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

9 martda 11 illik buraxılış imtahanlarının ilk mərhələsi keçirildikdən sonra kəskin etirazlar səsləndirilirdi ki, imtahan çətin olub. Ötən günlərdə isə imtahan nəticələri elan olundu və 300 bal yığan cəmi 2 abituriyent var. İmtahan çətinliyi isə qarşıdan gələn blok imtahanlarının hansı səviyyədə olacağı və ali təhsil müəssisələrinə qəbul zamanı balların necə dəyişəcəyi məsələsini aktuallaşdırır.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, 9 mart buraxılış imtahanının statistik göstəriciləri və abituriyentlərin subyektiv rəyləri keçid ballarının formalaşmasına birbaşa təsir edən amillərdəndir.

Onun sözlərinə görə, mövcud vəziyyəti həm elmi yanaşma, həm də statistik nöqteyi-nəzərdən proqnozlaşdırmaq olar:

"Keçid balları abituriyentlərin hazırlıq səviyyəsi ilə bərabər, həm də imtahanların çətinlik dərəcəsindən və plan yerlərindən asılıdır. Əgər martın 9-da olduğu kimi digər imtahanlarda da sualların differensiallaşdırıcı funksiyası yüksək olarsa, bu, ümumi orta balın aşağı düşməsinə səbəb olacaq. Orta balın düşməsi isə avtomatik olaraq keçid ballarının ötən illə müqayisədə aşağı enməsinə gətirib çıxarır. Ötənilki balların kəskin artmasının əsas səbəbi buraxılış imtahanlarının nisbətən asan olması və daha çox yüksək bal toplayanların olması idi. Buraxılış imtahanı ümumi balın, yəni 700 ballıq sistemin təxminən 43%-ini təşkil edir. Əgər buraxılış imtahanlarında ballar aşağıdırsa, keçid ballarının taleyi iyul ayında keçiriləcək blok imtahanlarının çətinlik dərəcəsindən birbaşa asılı olacaq. Əgər blok imtahanları da eyni metodologiya ilə, yəni yüksək idraki yük baxımından hazırlanarsa, keçid ballarında ciddi azalma qaçılmaz olacaq. Biz deyə bilmərik ki, mütləq belə olacaq, sadəcə proqnoz verə bilərik".

İ.Orucovun sözlərinə görə, plan yerləri faktoru da burada önəmlidir:

"Balların enməsinə təsir edə biləcək digər amil universitetlərdə plan yerlərinin artırılmasıdır. Əgər suallar çətinləşibsə və eyni zamanda plan yerləri artırılıbsa, bu, abituriyentlər üçün keçid ballarının əhəmiyyətli dərəcədə aşağı düşməsi deməkdir. Ötənilki daha çox yüksək bal toplayanların sayının çox olmasına baxmayaraq, bu il imtahanların metodoloji olaraq çətinləşdirilməsi və balların daha real və obyektiv səviyyəyə qayıtmasına xidmət edən yanaşma kimi dəyərləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
50
redaktor.az

10Sources