Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yaz aylarında havadakı tozcuqlarla (polenlə) təmasdan tamamilə yayınmaq nə şəhərdə, nə də kənddə mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə allergoloq-immunoloq Alina Romanova aif.ru-ya açıqlama verib.
Həkimin sözlərinə görə, kənd yerlərində havadakı tozcuq miqdarı obyektiv olaraq daha yüksək olsa da, allergiyadan əziyyət çəkənlərin sayı şəhərlərlə müqayisədə daha azdır. Səbəb isə tozcuqların “aqressivliyi” ilə bağlıdır. Şəhər şəraitində ağaclar karbon dioksidin yüksək olması səbəbindən daha intensiv tozlanır. Avtomobil qazları və sənaye tullantıları atmosferdə bu qazın səviyyəsini artırır və nəticədə bitkilərin tozcuqlarında daha çox allergen zülallar yaranır.
Romanova bildirib ki, allergiyası olan insanlar üçün ən uyğun mühit sərin və rütubətli iqlim və ya yüksək dağlıq ərazilərdir. Məsələn, Qara dəniz sahilləri və Krımın cənub bölgələri daha əlverişli sayılır, çünki rütubət allergenləri yerə “yatırır”.
Eyni zamanda, əgər allergiya ot və dənli bitkilərə qarşıdırsa (məsələn, yovşan, gicitkən, çobanyastığı, qarğıdalı, günəbaxan və s.), bu halda daha zəif çiçəklənmə olan bölgələrə üstünlük verilməlidir.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.